Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.
King.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov növbəti qələbəsini qazanıb.
Təmsilçimiz 1/4 final mərhələsində Qambiya təmsilçisi Faye Aleks Nije ilə üz-üzə gəlib.
Görüş Hidayət Heydərovun "yuka" xallı qələbəsi ilə başa çatıb və o, adını yarımfinal mərhələsinə yazdırıb.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
Oxşar Mövzular
Qvineya-Bisau prezidenti Bakıda Zəfər parkını ziyarət edib
27-02-2025, 21:20DNDM - Reality (Original Mix)
30-12-2024, 00:01Tom Kruzun növbəti filmi açıqlandı
1-12-2024, 13:44