Bazar ertəsi
İyn 16

Viktor Osimhen transferindən əl çəkməyən "Əl-Hilal"dan 50 milyon avro təklif

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Nigeriya millisinin futbolçusu Viktor Osimhen üçün ödəmək istədiyi məbləğ bəlli olub.

King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, ərəblər İtaliyanın "Napoli" komandasının 26 yaşlı hücumçusuna illik 50 milyon avro maaş təklif etməyə hazırlaşır.

Bundan əvvəl Osimhen "Əl-Hilal"ın üç təklifini rədd edib.

Qeyd edək ki, Viktor Osimhen geridə qalan mövsümdə icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edib. O, 41 oyunda iştirak edərək 37 qol vurub və 8 qolun ötürməsini edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.