"OpenAI" şirkətinin rəhbəri Sem Altman və "Apple"ın keçmiş dizayneri Coni Ayv ənənəvi smartfonların layiqli əvəzedicisi ola biləcək innovativ süni intellekt cihazının yaradılması üçün güclərini birləşdiriblər.
King.Az-ın "Android Authority" portalına istinadla verdiyi məlumata görə, bu barədə Altmanın özü anons edib.
Onun sözlərinə görə, süni intellektin inkişafı kompüterlərlə qarşılıqlı əlaqə yanaşmalarında fundamental dəyişikliklər tələb edir. O əmindir ki, gələcəkdə səs istifadəçi interfeysinin əsas elementi olacaq. Məhz buna görə hazırlanan cihaz əsasən səs əmrləri ilə idarə olunacaq.
Qeyd etmək lazımdır ki, süni intellekt cihazlarının yaradılması cəhdləri daha əvvəl də edilib. "Humane AI Pin" və "Rabbit R1" kimi qadcetlər ictimaiyyətə təqdim edilsə də, populyarlıq qazana bilməyib və bazarda uğursuzluğa düçar olublar.
Lakin ekspertlərin fikrincə, "OpenAI"dan olan yeni cihaz tamamilə unikal konfiqurasiya təklif edə bilər ki, bu da onu bütün mövcud analoqlardan fərqləndirəcək.
Sem Altman həmçinin vurğulayıb ki, şirkət gələcək qadcetin məhsuldarlığını və muxtariyyətini optimallaşdırmaq üçün öz mikroçiplərini hazırlayır. Bu, süni intellektin yüksək səmərəliliyinə nail olmağa və cihazın uzun müddətli avtonom işləməsini təmin etməyə imkan verəcək.

Oxşar Mövzular
UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə üz-üzə
12-08-2025, 11:45Enerji içkiləri: Faydaları və zərərləri
13-10-2024, 22:40
Dünyanın ən böyük kruiz gəmisi "qəbiristanlığı" Türkiyədə tapılıb
16-12-2025, 11:57