Şənbə
İyn 20

Əbu-Dabidə kəllə sümükləri bitişik siam əkizlərini uğurla ayırıblar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həkimlər doğuşdan kəllə sümükləri bitişik olan siam əkizlərini uğurla ayırıblar.

King.Az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Pasiyentlər Nigeriyadan olan 19 aylıq bacılar Mersi və Qudness olub. Qızlara kraniopagiyanın nadir forması - kəllə sümükləri, qan damarları və beyin toxumalarının birləşməsi diaqnozu qoyulub.

Cərrahiyyə qrupuna Londonun "Great Ormond Street" xəstəxanasının uşaq neyrocərrahı, professor Nurul Ovase Cilani rəhbərlik edib. Layihədə Böyük Britaniya, BƏƏ, Braziliya və Nigeriyadan olan mütəxəssislər iştirak ediblər.

Hazırlıq prosesi bir neçə ay davam edib. Bu müddətdə həkimlər damarların və beyin strukturlarının dəqiq xəritəsini yaratmaq üçün 3D modelləşdirmə, virtual reallıq və süni intellektdən istifadə ediblər. Tam müalicə kursu dörd mərhələdən və əməliyyat otağında 40 saatdan çox vaxtdan ibarət olub. Son əməliyyat təxminən 12 saat davam edib.

Bərpa prosesini asanlaşdırmaq üçün cərrahlar əvvəlcədən dərinin altına genişləndiricilər yerləşdiriblər. Bu, dəri köçürülməsinə ehtiyacı aradan qaldırıb.

Müalicə başa çatdıqdan sonra hər iki qız tam sağalıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.