Cümə
Fev 20

Danimarka İran bayrağı altında üzən gəmini saxladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Danimarka hökuməti Katteqat boğazında "Nora" adlı konteyner gəmisini saxlayıb.

King.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə Danimarka Dəniz İdarəsi məlumat yayıb.

Bildirilib ki, gəmi fevralın 18-də Komor adaları bayrağını İran bayrağı ilə əvəz edib.

Bir neçə ay əvvəl gəminin adı dəyişdirilib, əvvəlki adı isə "Cerus" olub. Konteyner gəmisi ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyalar siyahısına daxildir.

Gəminin Sankt-Peterburq şəhərindən yola düşdüyü qeyd edilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.