Cümə
İyn 19

"Supermen" filminin aktyoru və arvadı yanğında həlak oldular

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"All my children" ("Hamısı mənim uşaqlarımdır") serialı və "Superman" filmindəki rolları ilə tanınan Pol Eyverihəyat yoldaşı ilə birlikdə faciəli şəkildə ölüblər.

King.Az xəbər verir ki, bu barədə WFMZ telekanalı məlumat yayıb.

Bildirilib ki, aktyor və arvadı Şeyla Nyu-Cersi ştatındakı evdə yanğın zamanı mənzildən çıxa bilməyiblər. Xilasedicilərin zərərçəkənlərə təcili yardım göstərmək cəhdlərinə baxmayaraq, cütlüyü xilas etmək mümkün olmayıb.

"All my children" serialında Pol Eyveri10 ildən artıq müddətdə barda işləyən xarizmatik personaj Hyui rolunu oynayıb. O, həmçinin 1978-ci ilin kult filmi "Supermen"də teleoperator rolunda çəkilib.

Bundan əlavə, P.Eyveri baş vermiş bu faciə barədə ilk xəbəri yayan "Ridge View Echo" qəzetinin təsisçisi idi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.