Cümə
İyn 19

Qiymətli metallar dəyər itirməkdə davam edir: SON RƏQƏMLƏR

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Comex" birjasının ticarət məlumatlarına əsasən, 2026-cı ilin avqustunda tədarük ediləcək qızıl füçerslərinin dəyəri 2026-cı il iyunun 12-dən bu yana ilk dəfə bir trua unsiyası üçün 4 200 dollardan aşağı enib.

King.Az xəbər verir ki, bu məlumatlar müvafiq ticarət platformasının göstəricilərinə əsaslanır.

Bakı vaxtı ilə saat 06:06-da olan göstəricilərə görə, qiymətli metalın dəyəri 1.12% azalaraq bir trua unsiyası üçün 4 198.2 dollara düşüb.

Bakı vaxtı ilə saat 06:10-a olan vəziyyətə görə, qızıl füçerslərinin ucuzlaşma tempi yavaşlayaraq bir unsiya üçün 4 199.3 dollar (-1.1%) səviyyəsində qərarlaşıb.

2026-cı ilin iyul ayında tədarük ediləcək gümüş füçerslərinin qiyməti isə bir trua unsiyası üçün 64.825 dollara (-2.25%) bərabər olub. Ticarət platformalarının məlumatlarından aydın olur ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) digər qiymətli metallar olan platin və palladium üzrə füçerslərin dəyərində də geriləmə müşahidə olunur.

Saat 06:16-ya (Bakı vaxtı) olan məlumatlara əsasən, NYMEX birjasında sentyabr tədarüklü palladium füçersinin qiyməti 1.09% azalaraq bir unsiya üçün 1 275 dollara enib. İyul ayında çatdırılacaq platin füçerslərinin dəyəri isə 2.41% azalaraq bir trua unsiyası üçün 1 666,1 dollar təşkil edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.