Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.
King.Az-ın xəbərinə görə, Gitanas Nauseda öz "X" hesabında bununla bağlı paylaşım edib.
"Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir.
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Ruhları şad olsun", - deyə prezident bildirib.
Oxşar Mövzular
Acun Ilıcalı "Qalatasaray" klubunun rəsmilərini topa tutdu
3-10-2024, 11:53
Maldini "Latsio"ya keçməyə yaxındır
26-01-2026, 15:24