Çərşənbə
İyn 17

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞMilli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir.

King.Az-ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb.

Məlumata görə, ABŞ hakimiyyətinin iyunun 12-də, cümə günü Pentaqonun saytında yerləşdirdiyi 72 yeni faylın arasında 1972-ci ildə "Apollon-16" missiyası başa çatdıqdan sonra NASA-nın gizli müşavirəsinin audioyazısı da olub. Həmin uçuş zamanı amerikalı astronavtlar beşinci dəfə Yer peykinin səthinə enib və çox sayda elmi təcrübə aparıblar.

Bildirilir ki, müşavirə zamanı NASA əməkdaşları lazer ölçmələrini, Ayın qravitasiyasını və digər elmi məsələləri müzakirə ediblər. Söhbət əsnasında əvvəlcə Ayın görünməyən tərəfində Van de Qraaf kraterinin yanındakı "nəhəng dəlik"dən söz açılıb. Daha sonra iclasda iştirak edənlərdən biri belə bir fikir səsləndirib: "Bu, yadplanetlilərin bazası və yaxud ona oxşar bir obyekt ola bilər. İstənilən halda növbəti kadrdakı təsvir Ayın bizə görünən üzünə aiddir".

Məqalədə vurğulanır ki, bu cür gözlənilməz ehtimalın səsləndirilməsindən sonra tədqiqatçılar peykin arxa tərəfindəki həmin "nəhəng dəlik" mövzusunda zarafatlaşmağa davam ediblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.