0
Bazar ertəsi
Noy 18

Tramp rekorda imza atdı

HASANLY
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hökumətin formalaşma sürətinə görə ölkənin müasir tarixində rekorda imza atıb.

King.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat verib.

Xüsusilə, Tramp seçkidən sonra 12 gün ərzində 12 nəfəri nazir vəzifələrinə təyin edib. Onun bu prosesi ABŞ-nin hazırkı Prezidenti Co Baydendən beş dəfə tez etdiyi qeyd edilir.

"Bu, ya tarixdə hakimiyyətin ən səmərəli ötürülməsidir, ya da tələsik, yoxlamadan, araşdırmadan və Senatla məsləhətləşmədən təyinatlarla bütün normaların pozulmasıdır", - Amerika Universiteti Biznes Məktəbinin dekanı Devid Marçik vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.