0
Bazar
Yan 12

Pakistan aviaşirkətinin paylaşdığı poster qalmaqala səbəb olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Pakistan Beynəlxalq Hava Yolları (PIA) şirkəti reklam məqsədilə təyyarənin Eyfel qülləsinə çırpılmasını əks etdirən elan yerləşdirib.

King.Az xəbər verir ki, poster birmənalı qarşılanmayıb, hətta bəziləri onu Nyu-Yorkda 11 sentyabr terror aktları ilə müqayisə ediblər.

Qeyd edək ki, Pakistan dövlətinə məxsus Pakistan Beynəlxalq Hava Yolları Avropa İttifaqının aviasiya təhlükəsizliyi agentliyinin təhlükəsizlik standartları ilə bağlı dördillik qadağanı aradan qaldırmaq qərarından sonra qitəyə birbaşa uçuşları bərpa edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.