Bazar ertəsi
İyn 15

Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ və İran arasında sülh sazişinin əldə olunduğu barədə yayılan məlumatlardan sonra qlobal bazarda neft kəskin ucuzlaşıb.

King.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 4.09 dollar (4.68%) ucuzlaşaraq bir barel üçün 83.24 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.05 dollar (3.37%) azalaraq bir barel üçün 87.33 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 4.27 dollar (5.03%) azalaraq bir barel üçün 80.61 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.83 dollar (3.23%) ucuzlaşaraq bir barel üçün 84.88 dollara satılmışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.