Çərşənbə axşamı
Yan 13

Mask azyaşlı oğlunu anasından almaq istəyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-li sahibkar İlon Mask bir yaşındakı uşağı üzərində tam qəyyumluq əldə etmək üçün məhkəmədə iddia qaldıracaq. Buna səbəb uşağın anasının transgender hərəkatını dəstəkləyən açıqlamaları olub.

King.Az-ın xəbərinə görə, bu barədə multimilyarder özünün "X" hesabında etdiyi paylaşımda yazıb.

Mask uşağının anası, yazıçı Eşton Sen-Klerin transgenderlərin müdafiəsinə fikirlər səsləndirdiyi iddia edilən paylaşımına cavab verib və bildirib ki, qadın azyaşlı oğlan barəsində cinsiyyət dəyişikliyi edə bilər, buna görə də tam şəkildə qəyyumluq üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, noyabr ayında məlum olduğuna görə, ABŞ Ali Məhkəməsi transgenderlərin pasportda cinslərini doğum zamanı olduqlarından fərqli cinsə dəyişdirmələrini qadağan edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.