Bazar ertəsi
İyn 08

Ermənistandakı seçkidə SON DURUM: Paşinyanın partiyasına sərf edən dəyişiklik

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası yeni çağırış parlamentdə təmsil olunmayacaq.

King.Az bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilib ki, bu siyasi qüvvə seçicilərin cəmi 3,9% səsini toplayaraq, tələb olunan 4 faizlik minimum baryeri aşa bilməyib.

Nəticələr dərc edildikdən sonra keçmiş ədliyyə naziri Arpine Ovannisyan sosial şəbəkələrdə parlamentdəki qüvvələrin yeni və ən ehtimal olunan nisbətini paylaşıb. Onun hesablamalarına görə, yeni çağırış parlamentə üç siyasi qüvvə daxil olur və tərkib belə formalaşacaq: hakim Vətəndaş Sazişi Partiyası 64 mandat əldə edəcək, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 29, Robert Koçaryanın "Ermənistan" bloku isə 12 mandatla təmsil olunacaq.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkisi baş tutub. Səsvermə prosesində 16 partiya və iki siyasi blok iştirak edib. Səsvermənin ilkin nəticələrinə əsasən, qanunverici orqana üç siyasi qüvvə keçir. Ölkədə ümumi seçicilərin sayı 2 507 216 nəfər təşkil edib ki, onlardan 1 477 736 nəfəri (və ya 58,94%) səsvermədə iştirak edib.

Qeyd edək ki, buna qədər açıqlanan nəticələrdə "Çiçəklənən Ermənistan" Partiyasının minimum baryeri keçdiyi göstərilirdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.