Çində 84 yaşlı qadın süni intellektlə yaradılmış virtual kişiyə vurulub.
King.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
O, bu qeyri-real şəxslə "ünsiyyətə" gündəlik 10 saata qədər zaman ayırıb. Təqaüdçü qadın həmin personaja sevgi dolu məktublar göndərərək aralarında gerçək romantik əlaqənin olduğuna inandığını bildirib.
Onun aşiq olduğu Cian Quo adlı bu fiqur sadəcə rəqəmsal video şəklində mövcuddur. Təqaüdçü həmin rəqəmsal videoları davamlı şəkildə seyr etməklə yanaşı, bu prosesi həqiqi sevgi bağı kimi dəyərləndirib. Hətta məktublarının birində o, baş vermiş "münaqişəyə" görə virtual sevgilisindən üzr istəyərək, onun barəsində xoş və zərif fikirdə olub-olmadığını öyrənməyə çalışıb.
Qohumlar bu vəziyyəti qadın həmin virtual fiqurla bağlı məhsullara min dollardan artıq vəsait xərclədikdən sonra öyrəniblər. Məlum olub ki, o, daha sonra süni intellekt obrazının məsləhətinə uyğun olaraq müxtəlif kitablar və əlavə əşyalar da sifariş edib.
Ailə üzvlərinin müraciəti nəticəsində həmin hesab Çin tənzimləyici orqanları tərəfindən internet dələduzluğuna qarşı aparılan tədbirlər çərçivəsində bağlanıb.