0
Çərşənbə
Fev 05

Cəbrayıl şəhərciyində qadın narkotikə görə həbs edildi

HASANLY
Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək həbs edilib.

King.Az Oxu.Az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.