Filippində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
King.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb.
Məlumata görə, daha üç nəfər itkin düşmüş hesab olunur və hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, daha əvvəl binanın çökməsi zamanı 11 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Xatırladaq ki, hadisə mayın 24-də baş verib. Çökmə baş verdikdən sonrakı ilk saatlarda 26 nəfər xilas edilib. Yaxınlıqdakı hoteldə qalan malayziyalı turist xəsarət alıb və daha sonra aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Oxşar Mövzular
Günəşin yaxınlığından keçən komet yoxa çıxdı
29-10-2024, 11:14Ançelotti üçün "Real"ın toxunulmaz futbolçusu kimdir?
1-12-2024, 13:47Mövqelərimiz atəşə tutulub
16-03-2025, 14:00