Yaponiyada aprelin 20-də baş verən 7.7 bal gücündə güclü zəlzələ nəticəsində altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
King.Az-ın İvate prefekturasının "İvate Nippo" qəzetinə istinadən xəbərinə görə, bu barədə təbii fəlakətlərin qarşısının alınması naziri Dziro Akama məlumat verib.
"Bildirilib ki, yaralanan dörd nəfər yüngül xəsarətlər. İki nəfər isə ağır yaralanıb", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün Sakit okeanda, Yaponiyanın şimal-şərq akvatoriyasında güclü zəlzələ olub. Seysmik hadisə Honsu adasının şimalında yerləşən Aomori prefekturasında baş verib. Ölkənin bir neçə bölgəsində hündürlüyü üç metrə çatan sunami xəbərdarlığı edilib.
Oxşar Mövzular
Serbiya prezidenti: "Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq"
11-03-2025, 11:22
Tayvanda güclü zəlzələ oldu
12-02-2026, 17:34