Tayvan Hərbi Hava Qüvvələrinə məxsus "T-34" qırıcısı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
King.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 2-də yerli vaxtla 8:08-də (Bakı vaxtı ilə 04:08 - red.) təlim uçuşu zamanı baş verib.
Qeyd olunur ki, Qanşan aviabazasına məxsus təyyarə mühərrikin sıradan çıxması səbəbindən uçuş-enmə zolağının şimal hissəsində qəzaya uğrayıb.
Hadisənin səbəblərinin araşdırılması üçün xüsusi əməliyyat qrupu yaradılıb.
Oxşar Mövzular
Raşford "Barselona"da 36 ildən sonra ilkə imza atdı
24-07-2025, 11:54Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilir
8-05-2025, 14:27
Gündəlik Bürclər-(06.03.2025)
6-03-2025, 00:00