Cümə axşamı
İyl 24

Raşford "Barselona"da 36 ildən sonra ilkə imza atdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Markus Raşford 1989-cu ildən bəri "Barselona" klubuna keçən ilk ingilis futbolçudur. Bu, Kataloniya təmsilçisinin onu "Mançester Yunayted" komandasından icarəyə götürməsi ilə reallaşıb.

King.Az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə "Barselona"nın Mətbuat Xidməti məlumat yayıb.

Raşfordla imzalanmış müqavilə bir mövsüm üçün nəzərdə tutulub.

Xatırladaq ki, "Barselona"da çıxış edən son ingilis futbolçu Qari Lineker olub. O, 1986-1989-cu illərdə Kataloniya komandasında oynayıb.

Raşford 27 yaşındadır və o, "Mançester Yunayted"in yetirməsidir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.