"Qazaxıstan Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunacağı təqdirdə, İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bəyan edib".
King.Az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
O izah edib ki, Qazaxıstanda BAEA-nın Azzənginləşdirilmiş Uran Bankının fəaliyyət göstərdiyini nəzərə alsaq, İrana məxsus uranın təhlükəsiz şəkildə yerləşdirilə biləcəyi bir məkan var.
Qeyd edək ki, zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması məsələsi Tehran və Vaşinqton arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı aparılan danışıqlarda əsas bəndlərdən biridir.
Oxşar Mövzular
20 milyon dollarlıq avtomobil satışa çıxarılacaq
9-11-2025, 15:46
