Şənbə
Fev 07

BMW öz avtomobillərində bir neçə funksiyanı ödənişli edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

BMW şirkəti öz avtomobillərində bəzi funksiyalardan istifadə üçün abunə modelini tətbiq edəcək.

King.Az bu barədə "Carscoops"a istinadən xəbər verir.

Bildirilir ki, yeni "iX3" elektrik krossoveri üçün alman istehsalçı dairəvi baxış kameraları və inkişaf etmiş avtonom idarəetmə sistemləri kimi funksiyalarla bağlı aylıq ödəniş təklif edəcək.

Dairəvi baxış kameraları və avtopilot tipli sistemləri özündə birləşdirən "Driving Assistant Pro" bütün "iX3" modellərində komplektasiyadan asılı olmayaraq standart quraşdırılacaq, lakin onların aktivləşdirilməsi üçün abunə tələb olunacaq.

Bu funksiyaların qiyməti hələ açıqlanmayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.