Çərşənbə axşamı
May 26

Tehran nüvə sazişini pozur? - Gizli memorandumun detalları məlum oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İranın yüksək səviyyədə zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasına razılıq verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

King.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi xəbər yayıb.

Daha əvvəl "Al-Hadath" telekanalı öz mənbələrinə istinadən rəsmi Tehranın uran ehtiyatlarını Çinə çıxarmağa hazır olduğunu iddia etmişdi.

"Hazırda mövcud olan memorandumun mətnində nüvə materiallarının ölkədən çıxarılmasına hazır olmaq ilə bağlı heç bir müddəa yoxdur", - deyə agentliyin məlumatında qeyd olunub.

Agentlik həmçinin vurğulayıb ki, İran bu saziş üzrə nüvə sahəsində öz üzərinə hər hansı bir öhdəlik götürmür.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.