MLS-in növbəti tur matçında "İnter Mayami" "Filadelfiya Yunion"la qarşılaşıb.
King.Az Oxu.Az-a istinadən xəbər verir ki, Fort Lauderdale-dəki DRV stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı artıq ikinci dəqiqədə qonaqlar açıblar. Lakin sonradan zədəsini yenicə sağaldaraq yaşıl meydanlara qayıdan Messinin futbol şousu başlayıb. Argentinalı 5 dəqiqəyə (26, 30) dubl edərək komandasını irəli çıxarıb. 90+8-ci dəqiqədə isə onun ötürməsindən Luis Suárez fərqlənərək yekun hesabı müəyyən edib - 3:1.
"İnter Mayami" ardıcıl 5-ci qələbəsini qazanıb. "Filadelfiya Yunion" isə son üç matçda ikinci məğlubiyyətini alıb. Növbəti turda "İnter Mayami" "Atlanta Yunayted", "Filadelfiya Yunion" isə "Nyu York Siti" klubu ilə qarşılaşacaq.

Oxşar Mövzular

Gündəlik Bürclər-(21.03.2025)
21-03-2025, 00:30Çin Yaponiyanı təhlükəsizliyə risk yaratmaqda ittiham edib
13-07-2025, 12:51