"Ümumdünya Şəhərsalma Forumunun əsas mövzusu mənzildir. Mənzil şəhər landşaftına düzgün inteqrasiya edildikdə, insanların daha yaxşı yaşayışı üçün potensial maksimum dərəcədə artır".
King.Az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean üzrə Regional Ofisinin direktoru Kazuko İşiqaki WUF13 çərçivəsində keçirilən "Təbiətə əsaslanan sistemlərlə davamlı və dayanıqlı yaşayış yerlərini enerji ilə təmin edən təkrar doldurulan landşaft" adlı tədbirdə deyib.
O bildirib ki, geniş və maraqlı tərəfləri bir araya gətirən WUF13 landşaft, mənzil, enerji və icma iştirakını da əhatə edən inteqrasiya olunmuş yanaşmaların daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşmasına necə kömək edə biləcəyini araşdırmaq üçün çox unikal bir məkan təqdim edir:
"Son illərdə müxtəlif ölkələrdə həyata keçirilən çoxsaylı unikal və seçilən layihələr, təşəbbüslər ətraf mühitin dayanıqlılığı, mədəni irsin qorunması, eləcə də planlaşdırma, icra proseslərində icma iştirakının təmin olunması kimi mühüm məsələləri prioritet tutaraq innovasiya və yaradıcılıq nümayiş etdirib".
Oxşar Mövzular
