Böyük Britaniya hökuməti 2026-cı ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) daşıyıcılarına dəniz xidmətlərinin göstərilməsinə qadağa tətbiq edəcək.
King.Az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Dauti bildirib.
Onun sözlərinə görə, London artıq Rusiyadan mayeləşdirilmiş təbii qaz daşıyan 16 gəmiyə, həmçinin "Arktik LNG-2" layihəsinə və Çindəki "Beihai LNG terminalı"na qarşı sanksiyalar tətbiq edib.
Dauti həmçinin xatırladıb ki, 2023-cü ildə Böyük Britaniyada Rusiyadan LNG idxalına qadağa qüvvəyə minib.
Oxşar Mövzular
Premyer Liqa: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq
10-11-2024, 17:18
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
18-03-2025, 12:56
