Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası baş nazirinin müavini Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
King.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.
Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik.
Birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - paylaşımda bildirilib.
Oxşar Mövzular
Mateus Silva "FC 26 Football Ultimate Team"də yer alıb
13-11-2025, 14:06
"Deutsche Welle" maliyyə çatışmazlığı səbəbindən yayım həcmini azaldacaq
20-02-2026, 15:33Azərbaycanda at oynadan "həkimlər": Onları kim himayə edir?
11-03-2025, 22:21