Çərşənbə axşamı
May 19

Migel Dias-Kanel: "Kuba ABŞ üçün hərbi təhlükə yaratmır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Kuba ABŞ üçün heç bir təhlükə mənbəyi deyil və başqa dövlətlərə qarşı hər hansı aqressiv niyyəti, planı yoxdur".

King.Az xəbər verir ki, bu barədə Kubanın rəhbəri Migel Dias-Kanel "X" sosial şəbəkəsindəki hesabında açıqlama yayıb.

O bildirib ki, Kuba hər hansı dövlətə qarşı təhlükə yaratmır və hücum planlarına malik deyil.

"Amerika Birləşmiş Ştatlarına qarşı belə niyyətlərimiz yoxdur və heç vaxt olmayıb. Bu fakt isə həmin ölkənin rəhbərliyinə, xüsusən də milli təhlükəsizlik və müdafiə qurumlarına çox yaxşı məlumdur", - deyə dövlət başçısı bildirib.

Bununla yanaşı Dias-Kanel vurğulayıb ki, ABŞ-nin hərbi hücumdan müdafiə olunmaq üçün qanuni haqqı mövcuddur, lakin bundan nəcib Kuba xalqına müharibə sırımaq məqsədilə bəhanə kimi istifadə edilməməlidir. Ölkə başçısı Kubaya qarşı tətbiq edilən sanksiyaları kütləvi cəzalandırma və soyqırımı hərəkəti kimi qiymətləndirib.

"ABŞ hökuməti bunu tamamilə dərk edir və bu səbəbdən təqdim edə biləcəyi heç bir sübutu yoxdur. Kubaya qarşı yönəlmiş nifrət ritorikası aparılan ümumi iqtisadi müharibənin gərginləşməsinə bəraət qazandırmaq üçün insanları bu təhdidlərin mövcudluğuna inandırmağa hesablanıb. Buna görə də biz ifşa prosesini qətiyyətlə və fəal şəkildə davam etdirəcəyik", - deyə Migel Dias qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.