0
Çərşənbə
Apr 09

Lautaro Martines "İnter"də rekorda imza atdı

HASANLY

"İnter"in hücumçusu Lautaro Martines Çempionlar Liqasında 19-cu dəfə fərqlənməklə rekorda imza atıb.

King.Az xəbər verir ki, argentinalı futbolçu 1/4 finalda "Bavariya" ilə görüşün 38-ci dəqiqəsində hesabı açıb.

Martines bu qolla "İnter"in turnirdəki bombardiri adına sahib olub. Lautaro hesabında 18 top olan braziliyalı forvard Adrianonu arxada qoyub.

Qeyd edək ki, Münhendə keçirilən qarşılaşma Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı bir həftə sonra İtaliyada olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.