ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff nizamlama danışıqlarında Kiyevin ərazilərdən imtina etməsini, Zaporojye Atom Elektrik Stansiyasından istifadəni, Ukraynanın Dnepr və Qara dənizə çıxışını əsas mövzular adlandırıb.
Bu barədə King.Az TASS-a istinadən xəbər verir.
Uitkoffun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin razılığı olmadan Ukraynadakı münaqişəni sülh yolu ilə həll etmək mümkün deyil.
"Rusiya Federasiyası ilə təmaslar zəruridir", - deyə o qeyd edib.
Xüsusi nümayəndə, həmçinin bəyan edib ki, Tramp Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda ultimatum şəklində israr edir, əks halda ABŞ nizamlama prosesindən geri çəkiləcək.
Oxşar Mövzular

Sərxoş halda avtomobil idarə edən futbolçu əsas komandadan qovulub
20-12-2024, 16:55Dünyanın ən böyük akkumulyator zavodu yanır
17-01-2025, 13:47Lənkərançayda brakonyerlik edənlər saxlanılıblar
23-04-2025, 16:26