ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubaya qarşı hərbi müdaxilə variantına getdikcə daha çox meyil edir.
King.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin mənbəsinə görə, Tramp və komandası ABŞ-nin təzyiq kampaniyasının, o cümlədən adanın yanacaqsız qoyulmasının Kuba rəhbərliyini siyasi və iqtisadi islahatlara razı salmamasından getdikcə daha çox məyus olurlar. Qəzet qeyd edir ki, məhz buna görə də onlar hərbi varianta əvvəlkindən daha ciddi yanaşırlar. Mənbələrin verdiyi məlumata əsasən, əvvəlcə rəsmi Vaşinqton sanksiyalar, neft blokadası, eləcə də İran və Venesuelaya qarşı əməliyyatların Havana rəhbərliyini razılaşmaya sövq edəcəyinə ümid edirdi.
Məqalədə vurğulanır ki, ABŞ rəsmiləri digər tədbirlərlə yanaşı, Kuba inqilabının liderlərindən biri olan ordu generalı Raul Kastronun ələ keçirilməsi ehtimalını da nəzərdən keçirirlər.
"Lakin Amerika hərbçiləri bir və ya iki nəfərin tutulmasından başqa, müxtəlif variantları da araşdırırlar. Mümkün hərbi hərəkətlərin miqyası rəhbərliyi qorxudub güzəştə getməyə məcbur etmək üçün nəzərdə tutulan təkrar olunmayan hava zərbəsindən tutmuş, hökuməti devirmək məqsədi daşıyan quru müdaxiləsinə qədər dəyişir", - deyə jurnalist məqalədə qeyd edib.
Qəzetin məlumatına görə, son həftələrdə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı adaya qarşı hərbi əməliyyat planlarının hazırlanmasına başlayıb.
Oxşar Mövzular
Yanğınlara görə ABŞ-nın ən populyar muzeylərindən biri təxliyə edildi
12-01-2025, 22:32