Cümə
Yan 09

Bakıda orta məktəbdə direktor müavinini döyən müəllim cəzalandırıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə Riyaziyyat müəlliminin məktəbin direktor müavinini döyməsinin təfərrüatı məlum olub.

Məktəbdən King.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır:

"28 oktyabr 2025-ci il tarixində 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəlliminin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçısı ilə münaqişəsi yaranıb və ona xəsarət yetirib.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.

Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.