Cümə
May 15

Finlandiyada dörd yeni qızıl yatağı aşkarlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Finlandiyanın "Endomines" dağ-mədən şirkəti qazma işləri zamanı Rusiya sərhədindən 10 km məsafədə yerləşən Ukkolanvaara qaya massivində dörd yeni qızıl sahəsi aşkar edib.

King.Az-ın xəbərinə görə, bu barədə "Yle" nəşri məlumat verib.

Şirkətin baş direktoru Kari Vixtinen qeyd edib ki, bu, Ukkolanvaaradakı Ukko yatağında əhəmiyyətli qızıl potensialını təsdiqləyir.

"Tək bir quyuda üç belə yüksəkkeyfiyyətli qızıl zonası - bu, daha əvvəl görmədiyimiz bir şeydir", - deyə o vurğulayıb.

Mütəxəssis qeyd edib ki, qızıl mədən sisteminin uzunluğu təxminən 7 km təşkil edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.