Cümə axşamı
Fev 19

Fransada 1.2 milyon bank hesabından məlumatlar oğurlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fransada haker 1.2 milyon bank hesabının məlumatlarını ələ keçirib. Hakimiyyət orqanları yaxın vaxtlarda kiberhücumdan zərər çəkən bank müştəriləri ilə əlaqə saxlayacaqlarını bəyan ediblər.

King.Az xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat Nazirliyi rəsmi məlumat yayıb.

Hadisə bu ilin yanvar ayında baş verib. Özünü vəzifəli şəxs kimi təqdim edən kibercinayətkar Fransa banklarında açılmış hesablar barədə geniş məlumat bazasına giriş əldə edib. Nəticədə müştərilərin bank hesab nömrələri (RIB/IBAN), şəxsi məlumatları, ünvanları və bəzi hallarda vergi ödəyicilərinin identifikasiya nömrələri oğurlanıb.

İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, ələ keçirilən məlumatlar hesablardan birbaşa vəsait köçürmək və ya pulları nağdlaşdırmaq üçün kifayət deyil. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu informasiyalar daha mürəkkəb dələduzluq sxemlərində istifadə oluna bilər. Məsələn, cinayətkarlar kreditor adından çıxış edərək müştəriləri aldadıb, hesablarından birbaşa ödənişlərin həyata keçirilməsinə icazə ala bilərlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.