Cümə
Yan 16

"Beşiktaş"ın hücumçusu İngiltərə Premyer Liqasına geri qayıdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Beşiktaş"ın hücumçusu Temmi Abraham İngiltərə Premyer Liqasına geri dönə bilər.

King.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Belə ki, Malenin "Roma"ya transferindən sonra hücumçu axtarışına çıxan "Aston Villa" klubu Temmi Abrahamı transfer siyahısına daxil edib. Abraham da bu transferə müsbət yanaşır və şəxsi müqavilə şərtləri onun üçün problem deyil.

Qeyd edək ki, Temmi Abraham "Roma" klubuna məxsusdur və icarə əsasında "Beşiktaş" klubunda çıxış edir. Xatırladaq ki, hücumçu 2019-2021-ci illərdə "Çelsi" klubunda oynayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.