Bazar ertəsi
May 11

Tramp: "ABŞ gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcək"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcəyini bildirib.

King.Az xəbər verir ki, bu barədə o, "Full Measure" proqramına müsahibəsində danışıb.

"Gec-tez biz onları əldə edəcəyik", - deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Aprelin 7-də Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı razılığa gələ bilməyiblər.

Aprelin 21-də ABŞ Prezidenti atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyası isə Tehranın Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımayacağını bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.