Cümə
May 08

Süni intellekt ətrafında qorxular getdikcə artır - Detallar AÇIQLANDI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Süni intellekt (Sİ) texnologiyalarından istifadə edilməklə törədilən kiberhücumlar dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.

King.Az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) xəbərdarlığında bildirilir.

Qurum mütəxəssislərinin qənaətinə görə, süni intellektin imkanları kibercinayətkarlara müştəri etibarını sarsıtmağa, ödəniş sistemlərini sıradan çıxarmağa və hətta bazarlarda panikaya səbəb olan satışlara şərait yaradır. Bunun əsas səbəbi Sİ-nin istənilən sistemdəki təhlükəsizlik boşluqlarını çox qısa müddətdə aşkarlaya bilməsidir.

Maliyyə, enerji, telekommunikasiya və dövlət idarəetməsi daxil olmaqla, bütün sahələr risk altındadır. Şirkətlərin məhdud sayda proqram təminatı platformalarından, bulud xidmətlərindən və ya Sİ modellərindən asılılığı vahid bir boşluğun onlarla təşkilat üçün ağır fəsadlar törətməsinə yol aça bilər. Nəticədə, qlobal miqyasda genişmiqyaslı makroiqtisadi şokun baş verməyəcəyinə dair heç bir zəmanət yoxdur.

BVF təmsilçiləri xüsusilə vurğulayıblar ki, inkişaf etməkdə olan ölkələr bu cür kiberhücumlar qarşısında daha müdafiəsiz vəziyyətdədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.