Mayın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket esminesləri Hörmüz boğazından Oman körfəzinə keçərkən İranın hücumlarının qarşısını alıb və özünümüdafiə məqsədilə cavab zərbələri endirib.
King.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, "USS Truxtun" (DDG 103), "USS Rafael Peralta" (DDG 115) və "USS Mason" (DDG 87) gəmiləri beynəlxalq dəniz dəhlizi ilə hərəkət edərkən İran qüvvələri tərəfindən çoxsaylı raketlər, pilotsuz uçuş aparatları (PUA) və kiçik qayıqlar vasitəsilə hədəfə alınıb. Hücum nəticəsində ABŞ-yə məxsus hərbi texnikaya ziyan dəyməyib.
"CENTCOM təhdidləri zərərsizləşdirərək, ABŞ qüvvələrinə edilən hücuma görə məsuliyyət daşıyan İranın hərbi obyektlərinə zərbələr endirib. Hədəfə alınan məkanlar arasında raket və dron buraxılış məntəqələri, komanda-idarəetmə mərkəzləri, həmçinin kəşfiyyat və müşahidə qovşaqları yer alıb", - deyə açıqlamada qeyd olunub.
CENTCOM münaqişənin genişlənməsini istəmədiyini, lakin ABŞ qüvvələrini müdafiə etmək üçün tam hazırlıq vəziyyətində olduğunu bəyan edib.
Oxşar Mövzular

Cinayət-Prosessual Məcəlləsinə yeni anlayışlar daxil edilir
29-01-2026, 13:05