UEFA-nın İstanbuldakı yeni nümayəndəliyi aprelin 24-də ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.
King.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) təşəbbüsü ilə fəaliyyətə başlayacaq mərkəz Levent Köşkündə xidmət göstərəcək.
London və Brüsseldən sonra UEFA-nın üçüncü xarici ofisi olacaq bu nümayəndəlik İstanbulu beynəlxalq futbolun mühüm mərkəzlərindən birinə çevirəcək. Qitələrin görüş nöqtəsi olan şəhər beləliklə, UEFA-nın qərar vermə mexanizmlərində daha aktiv rol oynayacaq.
Oxşar Mövzular

"Arsenal"ın baş məşqçisi Rodriqonu istəyir
12-06-2025, 16:22
İftar vaxtı – Ramazanın iyirminci günü, 20 mart 2025-ci il
19-03-2025, 22:38
Batmış gəmilərin qalıqları saatlı bombadır: Problem nədir?
16-12-2024, 14:28