ABŞ Prezidenti Donald Tramp Kuba adasının yüksəkvəzifəli məmurlarına və ada dövlətinin rəhbərliyi ilə əlaqəsi olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
King.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, sənəd Birləşmiş Ştatların milli təhlükəsizliyinin qorunması üçün zəruridir.
Yeni məhdudiyyətlərin hədəfində kimlərin olduğu dəqiqləşdirilmir. Yeni sanksiyalar Kubanın təhlükəsizlik aparatı ilə əlaqəli olan, korrupsiyada və insan hüquqlarının pozulmasında əli olan şəxslər və təşkilatlara şamil edilir.
Fərman həmçinin sanksiyaları yan keçməklə maliyyə əməliyyatlarına köməklik göstərənlərə qarşı yeni məhdudiyyətlərin tətbiqinə icazə verir.
Oxşar Mövzular

