İtaliya A Seriyasının 2024/2025 mövsümünün 17-ci turunun "Monza" - "Yuventus" qarşılaşması matç başa çatıb.
King.Az xəbər verir ki, oyun Monzadakı "U-Power" stadionunda baş tutub.
14-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. "Monza"nın cavab qoluna 22-ci dəqiqədə müdafiəçi Samuele Birindelli imza atıb. Qonaqlara qələbə qazandıran qolu isə 39-cu dəqiqədə hücumçu Nikolas Qonzales vurub - 1:2.
17 oyundan sonra "Monza" 10 xalla A Seriyasının turnir cədvəlində sonuncu - 20-ci yerdədir. "Yuventus" eyni sayda oyundan sonra 31 xal toplayaraq altıncı yerdə qərarlaşıb.
İtaliya çempionatının turnir cədvəlinə 40 xalla "Atalanta" başçılıq edir.

Oxşar Mövzular
Mbappenin Fransa millisi ilə bağlı planları məlum oldu
13-10-2024, 04:59Gürcüstanda Şaxta baba patentləşdirildi
31-12-2024, 16:43