Cümə
May 01

Gömrük Məcəlləsində mühüm dəyişikliklər edildi - YENİ QAYDALAR

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən çox saylı dəyişiklikləri birinci oxunuşda qəbul edib.

King.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitələri üçün məsul şəxsin təqdim edəcəyi məlumatların siyahısı genişlənir.

Mövcud qanunvericiliyə görə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Layihədə isə təklif olunur ki, məsul şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanları əvvəlcədən gömrük orqanına təqdim etsin.

Həmçinin layihə qəbul olunacağı təqdirdə Azərbaycanda səyyar gömrük auditi aparılacaq.

Belə ki, səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçiriləcək.

Bundan başqa gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində vətəndaşa zərər dəyəcəksə, onun əvəzi ödəniləcək.

Sənəddə qeyd olunur ki, gömrük orqanları və onların vəzifəli şəxsləri qanunsuz hərəkətləri (hərəkətsizliyi), habelə normativ hüquqi aktlara uyğun olmayan qərarın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə zərər vurulduqda, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməlidirlər.

Təklif olunan digər dəyişiklik isə gömrükdən keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilməsi ilə bağlıdır.

Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Layihəyə əsasən Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.

Bundan başqa, Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq.

Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:

- bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;

- düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;

- gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.

- Həmçinin, qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq.

Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.