Çərşənbə axşamı
Avq 12

Trampla Putinin görüşəcəyi şəhərin hava məkanını bağlayacaqlar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avqustun 15-də Donald Trampla Vladimir Putinin görüşünün baş tutacağı ABŞ-nin Alyaska ştatının Ankoric şəhərinin hava məkanını bağlayacaqlar.

King.Az xəbər verir ki, bu barədə ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilir ki, rəsmi şəxslərin hərəkəti səbəbindən səma 48.3 km radiusda və 5.5 km yüksəklikdə bağlanacaq.

Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.

Qeyd edək ki, Donald Tramp avqustun 8-də bildirib ki, cümə günü Alyaskada Vladimir Putinlə görüşməyi planlaşdırır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.