0
Çərşənbə axşamı
Fev 25

"Radomyak" klubunun baş məşqçisi: "Renat Dadaşov güclü və döyüşkəndir"

HASANLY
Polşanın "Radomyak" klubunun baş məşqçisi Joau Henrikes Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferi haqda danışıb.

King.Az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında 25 yaşlı forvardı tərifləyib.

"Fürsət düşdü və biz bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur. O, Tapsobadan, Perottidən fərqlidir. Renat daha çox rəqibin cərimə meydançasında olur, çünki güclü və döyüşkəndir".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin "Ankaragücü" klubundan ayrılan Renat "Radomyak"la mövsümün sonuna qədər müqavilə imzalayıb. Müqaviləyə uzadılma variantı da daxildir.

Xatırladaq ki, "Radomyak"da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.