Cümə
May 01

ABŞ lideri NATO ölkələrini Ukraynada xaos yaratmaqda ittiham etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Avropanın NATO-ya üzv olan dövlətləri Ukraynada xaos yaradıblar".

King.Az Ağ Evin rəsmi "YouTube" kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bəyan edib.

"Biz axı onlara Ukrayna məsələsində dəstək verirdik. Onlar həmin ölkədə qarışıqlıq, tam bir xaos yaratdılar və biz də Kiyevlə bağlı onlara kömək edirik. Sizin də bildiyiniz kimi, bizi okean ayırır", - deyə Tramp qeyd edib.

Tramp xüsusi olaraq vurğulayıb ki, sabiq prezident Co Bayden tərəfindən Ukraynaya 350 milyard dollar vəsaitin ayrılması çılğınlıq idi: "Hərbi münaqişənin uzanmasının əsas səbəblərindən biri budur".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.