0
Cümə
Yan 03

Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "Suriya siqnallar göndərir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Suriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisində mövcudluğunun davam etdirilməsində maraqlı olduqlarına dair siqnallar göndərir".

King.Az-ın xəbərinə görə, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Vesti" proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olan rejimlərdən asılı olmayaraq, Rusiya və Suriyanı dostluq telləri bağlayır.

Eyni zamanda, o bildirib ki, Dəməşq rəsmiləri tərəfindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.