Çərşənbə
Apr 29

Tramp İrana qarşı uzunmüddətli blokada planı hazırlamağı tapşırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı uzunmüddətli blokada planını hazırlamaq barədə tapşırıq verib.

King.Az xəbər verir ki, bu iddia ilə özəl mənbələrinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti çıxış edib.

Məlumata görə, Ağ Ev rəhbəri son vaxtlar gəmilərin, xüsusən də neft tankerlərinin İran limanlarından çıxmasına əngəl törətməklə İslam Respublikasının iqtisadiyyatına təzyiqlərin artırılmasını dəstəkləyən fikirlər səsləndirib. ABŞ Administrasiyası rəhbərinin qənaətinə görə, digər ssenarilər - bombardmanların bərpası və ya münaqişədən geri çəkilmək - Vaşinqton üçün blokadanın davam etdirilməsindən daha böyük risklər ehtiva edir.

Nəşr qeyd edir ki, Trampa İrana qarşı atılacaq növbəti addımlarla bağlı ziddiyyətli məsləhətlər verilir. Bəzi rəsmilər Ağ Evi Tehrana təzyiqləri gücləndirməyə açıq şəkildə çağırırlar. Lakin Hörmüz boğazının bağlı qalmasının və ya hərbi əməliyyatların davam etdirilməsinin Amerika iqtisadiyyatına zərər vuracağından, həmçinin ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının nəticələrinə ciddi şəkildə mənfi təsir göstərə biləcəyindən ehtiyat edənlər də mövcuddur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.