Cümə axşamı
Dek 25

Ceki Çan məşhur aktrisaya "yox" dedi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tanınmış aktrisa Lüsi Liu "Şanxay Günortası" döyüş filmi üzərində işləyərkən həmkarı Ceki Çandan ona müəyyən fəndləri öyrətməsini istəyib, lakin rədd cavabı alıb.

King.Az xəbər verir ki, aktrisa ilə müsahibəni "Criterion" yayımlayıb.

"O, bədənindəki hər sümüyü sındırdığı üçün mənə bunları öyrətməməli olduğunu dedi. Buna görə də gizlicə onun komandasından mənə bir neçə fənd öyrətmələrini istədim. Onlar mənə müəyyən fəndləri göstərdilər", - deyə Lüsi Liu xatırlayıb.

Qeyd edək ki, "Şanxay Günortası" filminin premyerası 2000-ci ildə baş tutub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.