Çinin "China Merchants Heavy Industry" şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün ən böyük tankeri inşa edib və sifarişçiyə təhvil verib.
King.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, Sinqapura yola düşən "Celsius Georgetown" gəmisinin uzunluğu 298,8 metr, eni 48 metrdir və 180 min kubmetr yanacaq daşımaq gücünə malikdir.
Qeyd olunur ki, tanker iki yanacaq növü ilə işləyən aşağı dövriyyəli mühərrik sistemi ilə təchiz olunub.
Oxşar Mövzular
Mask: "Avropanı yenidən möhtəşəm edək"
13-01-2025, 13:59Sabunçuda piyada keçidinin qopan panelləri təhlükə yaradır
10-08-2025, 20:38
Ramazan ayının yeddinci gününün İmsak, İftar vaxtları və Duaları
24-02-2026, 21:32