Rəsmi Kiyevin ərazi güzəştləri qarşılığında ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyi barədə yayılan məlumata Ağ Evdən reaksiya bildirilib.
King.Az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, məsələyə dair ABŞ Administrasiyasının mətbuat katibinin müavini Anna Kelli mövqe açıqlayıb:
"Bu, tamamilə yalandır. ABŞ-nin sülh prosesindəki yeganə rolu iki tərəfi bir araya gətirərək razılıq əldə etməkdir. "Financial Times" qəzetinin pis niyyətli şəxslərin anonim şəkildə yalan danışmasına imkan verməsi təəssüf doğurur".
Oxşar Mövzular

